Azərbaycan İlahiyyat İnstitutu virtual sorğunun qalibi oldu

Cəmiyyət 09:55 25.06.2019
Mektebgushesi.az saytının ali məktəblər arasında keçirdiyi ənənəvi sorğu yekunlaşıb. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) birinci yerin qalibinə mükafatın təqdimetmə mərasimi təşkil olunub. 
Aİİ rektoru Ceyhun Məmmədov  tədbir  iştirakçılarını salamlayaraq,  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. 
Rektor daha sonra bildirib ki,  İnstitut tədrisin yüksək səviyyəsi üçün, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə konfrans, seminar, “dəyirmi masa”, layihə və proqramlar təşkil edir. C.Məmmədov gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması üçün elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
İnstitut rəhbəri C.Məmmədov obyektiv sorğuya görə, sayt rəhbərliyinə təşəkkür edib, həmçinin rəhbəri olduğu ali tədris müəssisəsində görülən işlərdən, mövcud tələbə-müəllim, tələbə-rektor münasibətlərindən bəhs edib. Şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımların atıldığını və bundan sonra da bu istiqamətdə işlərin görüləcəyini nəzərə çatdırıb.
Tədbirdə mektebgushesi.az saytının təsisçisi və baş redaktoru Məzahir Məmmədli çıxış edərək, sorğunun məqsədi, keçirilmə mexanizmi və gedişiatı barədə geniş məlumat verib. Qeyd edib ki, 10 gün davam edən və 40 ali tədris müəssisəsi arasında keçirilən “Abituriyent olaraq təhsilin və idarəetmənin keyfiyyətinə görə hansı universiteti seçərdiniz?” nominasiyalı virtual sorğuda, ümumilikdə, 4 420 respondent iştirak edib. Azərbaycan İlahiyyat İnistitutu 1 022 səslə sorğunun qalibi olub. Səsvermə ölkəmizin paytaxt və regionlarında yerləşən bütün ali təhsil müəssisələrini əhatə edib: “Sorğuda, ümumilikdə, 4 420 respondent iştirak edib. Nəticədə, Azərbaycan İlahiyyat İnstitutu 1 022 səslə birinci yeri tutaraq qalib olub. İkinci yerdə 996 səslə Lənkəran Dövlət Universiteti, üçüncü yerdə 505 səslə Bakı Dövlət Universiteti qərarlaşıb. Mübarizə çox gərgin, nəticələrin tez-tez dəyişilməsi şəraitində baş tutub. Nəhayət, qalib müəyyənləşib. Sorğu müddətində bütün normativlərə əməl olunub”.
Təhsil üzrə ekspert, fizika elmləri doktoru, professor Şahlar Əsgərov tədbir iştirakçılarını salamlayaraq, sorğunun əhəmiyyətinə diqqət çəkib, eyni zamanda, İnstitut rəhbərliyini təbrik edib. Professor Ş.Əsgərov təhsilin və idarəetmənin keyfiyyətinə əsasən seçilən ali təhsil müəssisəsinə gələcək fəaliyyətində uğurlar arzulayıb və müvafiq qalib plaketini Aİİ-nin rektoru Ceyhun Məmmədova təqdim edib. 
Təhsil üzrə ekspert Nadir İsrafilov Azərbaycan İlahiyyat İnstitutunda ali təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Həyata keçirilən tədbirlərin həqiqətən də bütün təhsil ocaqlarına səs sala biləcək səviyyədə olduğuna diqqət çəkib. Belə sorğuların nəticələrinin gələcəkdə ali təhsil ocaqlarında reytinqinin həm yerli, həm də beynəlxalq səviyyədə səciyyələndirilməsində əhəmiyyətli olacağını bildirib. N.İsrafilov vurğulayıb ki, ictimai rəyə əsaslanma və tənqidi pedaqogikanın inkişafında bu tipli sorğuların sayı artırılmalıdır.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib. 
 
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı