Şirməmməd Hüseynovla vida mərasimi keçirilib YENİLƏNİB

Cəmiyyət 14:01 25.06.2019

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynovla vida mərasimi başa çatıb.

Euarsia Diary-nin Trend-ə istinadən məlumatına görə, mərhum II Fəxri Xiyabanda dəfn edilib.

*** 

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynovla vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, vida mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, azərbaycançılıq ideologiyasının alovlu tədqiqatçısı olan Ş.Hüseynov gənclərin milli ləyaqətli jurnalist kimi yetişdirilməsində, onlarda milli təəssübkeşlik, azadfikirlilik, yaradıcılıqda obyektivlik kimi keyfiyyətlərin formalaşmasında əvəzsiz rola malikdir. O, Azərbaycan jurnalistikasının milli xüsusiyyətlərini özünəməxsus şəkildə tədqiq etməyi bacarırdı:

"Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının fəaliyyətlərini məqalələrində, monoqrafiyalarında yorulmadan tədqiq edirdi. Dövlətimiz hər zaman Şirməmməd müəllimin əməyini yüksək qiymətləndirib. Şirməmməd müəllim 2005-ci ildən prezident təqaüdçüsüdür, 2014 -cü ildən isə ölkəmizin ən yüksək mükafatı olan "Şərəf" ordeninə layiq görülüb. O, ustad idi və qəlbində böyük Vətən sevgisi yaşadırdı. O çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini keçirsin və bunu gördü. BDU-nun 100 illiyini qeyd edə bilməsə də, amma onun UNESCO-da keçirildiyinin şahidi oldu".

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev deyib ki, Ş.Hüseynovun ölümü Azərbaycanın ictimai fikri üçün böyük itkidir.

Onun sözlərinə görə, Azərbaycanda hər bir jurnalist Ş.Hüseynov məktəbini keçib: "Əbədiyyət məhz belə şəxsiyyətlərin ona qovuşması ilə təşəkkül tapır. O bir araşdırmaçı olmaqla yanaşı, bir vicdanlı müəllim kimi də tələbələrinin yetişməsi üçün özünü şam kimi yandırırdı. Şirməmməd müəllim hər məqaləsi çıxanda bizə zəng edib onu oxuyub-oxumadığımızla maraqlanırdı. Sanki istəyirdi ki, hər zaman öyrənək. Biz onun məktəbinin davamçısı olaraq, bu yolu şərəflə addımlayacağıq".

BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli bildirib ki, Ş.Hüseynov böyük bir jurnalist və tədqiqatçı idi: "Mən özüm də o məktəbin nümayəndəsiyəm. Şirməmməd Hüseynov məktəbinin nümayəndələri bütöv Azərbaycan jurnalistləridir. O, bizə azərbaycançılığı, Məmməd Əmin Rəsulzadə məktəbini öyrətdi. O məktəb elm tarixində yaşayacaq. Bu gün mən ikinci dəfə atamı itirdim. Allah ona rəhmət eləsin!"

 

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Ş.Hüseynovla 50 il əvvəl tanış olduğunu söyləyib. Millət vəkilinin sözlərinə görə, 1971-ci ildə Ş.Hüseynov jurnalistika fakültəsində dekan olduqdan sonra onunla daim təmasda olub: "Sovet dövründə sözü açıq demək mümkün deyildi. Amma o, siyasi icmallarda, iclaslarda sözü məharətlə deməyi bacarırdı. O, oxumayan tələbələrə qiymət yazmırdı, halal insan idi, öz nümunəsi ilə bunu hamıya aşılayırdı. O, özündən sonra böyük irs qoyub getdi. Amma ən böyük irsi övladlarıdır".

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Şirməmməd Hüseynovda həyat eşqi çox idi. O, yaşasaydı, daha çox kitabları, əsərləri işıq üzü görərdi: "Şirməmməd müəllim Azərbaycan mətbuatının sonuncu magikanı idi. O, zirvə idi, dərs dediyi tələbələri üçün nümunə idi".

Vida mərasimində mərhumun ailəsi adından Ş.Hüseynovun qızı, Prezident Administrasiyasının Humanitar məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva çıxış edib. O, vida mərasiminə gələn bütün insanlara təşəkkür edib: "Atam Bakı Dövlət Universitetini özünün birinci evi hesab edird. O, 60 il bura gəlib-gedib. Atam şərəfli ömür yaşayıb. Bu ömür yolunda da ləyaqətli miras qoyub. Bu miras onun təmiz adı idi. Biz hələ uşaq ikən onun arzusu bu idi ki, Azərbaycan dövləti müstəqil olsun. Bu, çoxlarına əlçatmaz yuxu kimi görünəndə atam bunun olacağına inanırdı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi keçiriləndə atam ən əziz övladının xoş günü kimi buna sevinirdi. Atam uzun illər Azərbaycan Prezidenti və Birinci vitse-prezidentinin qayğısını görüb".

Qeyd edək ki, alim 2019-cu il iyun ayının 24-də ömrünün 95-ci ilində vəfat edib.

Məlumat üçün qeyd edək ki, Şirməmməd Ağaməmməd oğlu Hüseynov 17 dekabr 1924-cü il tarixində Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhər ikiillik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.

1954-1961-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dekan müavini, 1961-1971-ci illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1971-1988-ci illərdə mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə mətbuat tarixi kafedrasının müdiri vəzifələrini icra edib. 1988-ci ildən mətbuat tarixi kafedrasının professoru olub.

Bütövlükdə jurnalistikanın inkişafına, bugünkü kadrların yetişməsinə böyük töhfə vermiş şəxsiyyətlərdən olan professor Şirməmməd Hüseynov Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 dekabr tarixli Sərəncamına əsasən “Şərəf” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
Hamısı