Azərbaycanı ABŞ-da təbliğ edən qocaman türk professoru

Cəmiyyət 15:30 26.06.2019

Şəxsiyyətin yetişməsində sözsüz ki, ailənin, ictimaiyyətin, təhsilin, onu əhatə edən mühitin rolu böyükdür. Necə deyərlər, insan dünyaya bir fərd olaraq gəlsə də, onu kamil şəxsiyyət kimi zaman yetişdirir. Bu gün sizə Azərbaycanı canı qədər əziz bilən bir türk oğlu türkdən- professor İlhan Başgözdən söhbət açmaq istəyirəm. Doğum şəhadətnaməsində “1921-ci il, arpalar biçilərkən dünyaya gəlib”- sözləri yazılıb. Uzun illər İndiana Universitetinin türkologiya fakultəsinə rəhbərlik edib, filologiya elmləri doktoru, emeritus professordur. Hazırda İndiana ştatının Bluminqton şəhərində yaşayır. Emeritus professor o deməkdir ki, təqaüdə çıxdıqdan sonra da professor titulunu ömürlük daşıyırsan. "Emeritus" sözünün latın dilindən tərcüməsi isə "veteran əsgər" mənasını verir. ABŞ-da bu titulu almaq hər alimə qismət olmur...

Orta məktəbdə oxuduğu zaman cumhur başqanı Mustafa Kamal Atatürk nə üçünsə onların məktəbinə gəlir və təsadüfən onun şagirdi olduğu sinifin həndəsə dərsində iştirak edir. Müəllimin sualına cavab verən şagirdlərdən biri, yazı lövhəsində riyazi məsələni həll edərkən, rəqəmlərin altında bəndləri bildirən ”alfa”, “betta”, “qamma” hərflərini yazanda Atatürk şagirddən soruşur:- “Türk dilində kifayət qədər hərflər olduğu halda, sən niyə yunan hərflərindən istifadə edirsən?” Şagird çəkinə-çəkinə, müəllimimiz belə öyrədib, söyləyir. Atatürk ayağa qalxıb lövhəyə yaxınlaşır, yunan hərflərini pozub, yerinə “A”, “B”, “C” hərflərini yazır. Həndəsə müəllimi həm də məktəbin direktoru imiş. Atatürk ondan niyə yabançı hərflərdən istifadə etdiyinin səbəbini soruşur. O isə təlaşla: “Paşam, dövlətimizin bizə verdiyi kitabda belə yazılıb”- deyir. Atatürk kitabı əlinə alıb vərəqləyir və əsəbi halda ikiyə bölüb masanın üstünə tullayır. Bu hadisədən bir həftə sonra həndəsə kitabları yenisi ilə əvəzlənir...

Tükrkiyə Elmlər Akademiyasının fəxri üzvüdür. İyirmi iki kitabın müəllifidir. Onların on dördü türkcə, yeddisi ingiliscə, biri isə fransız dilində nəşr olunub. Azərbaycana cəmi iki dəfə gedib. Bəxtiyar Vahabzadənin Şəkidəki evində iyirmi gün qonaq da olub. Geri dönəndən sonra Bəxtiyar Vahabzadənin şeirlərini, eləcə də ”Azərbaycan dastanları”nı ingilis, “Molla Nəsrəddinin lətifələri”ni isə həm ingilis və həm də fransız dillərinə çevirərək üç kitab nəşr etdirib. Cavad Heyət haqqında xatirələrini sevə-sevə bölüşən bu 98 yaşlı professorun həyatında çox maraqlı hadisələr olub.

Deyir ki,- “Cavad Heyəti Amerikaya dəvət etmişdim. İndiana Universitetində Azərbaycan ədəbiyyatı haqqında gözəl çıxış da etdi. Sonradan mən onun Tehranda qonağı oldum. O vaxt şah Rza Pəhləvi hakimiyyətdə idi. Şah Cavad Heyətin xətrini çox istədiyi üçün İranın yüksək vəzifəli adamları onunla mehriban davranırdılar. Bir dəfə Cavad Heyət Tehrandakı evində təşkil etdiyi məclisdə məni qonaqlara təqdim edib söylədi ki, “İstiqlal marşı”-nı oxuyum. Qulağına İran təhlükəsizlik xidmətindən çəkindiyimi bildirdim. Söylədi ki, çəkinmə, burada əyləşənlərin hamısı vəzifəli adamlardır. Məsələn, bu kişi şahın təhlükəsizlik xidmətinin rəisidir, o, kişi isə Tehran polisinin rəhbəridir. Dedim, axı mənim səsim yoxdur. Dedi ki, onda oxuma, şeir kimi söylə. Söylədim, məclisdəkilər “İstiqlal marşı”-nı ayaq üstə dinləyib, sonda məni gurultulu alqışlara tutdular”...

Bir neçə dəfə evində həmsöhbət olduğumuzdan onu yaxşı tanıyıram. Çox mehriban, təvazökar, həlim insandır. Qonaqlarını yüksək səviyyədə qarşılayıb, yola salmağı bacarır. Yumor hissi də öz yerində. Hər dəfə söhbətimiz boyu dostluq etdiyi insanlar haqqında danışdıqca kövrəlsə, onların yoxluğuna heyfsilənsə də zarafatından da qalmırdı. Sonuncu görüşümüzdə isə onunla sağollaşarkən Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçillin 1964-cü ildə bir gənc jurnalistə dediklərini söyləyib, məni qapıyadək ötürdü. Müsahibə götürən jurnalist 90 yaşlı Çörçilldən ayrılarkən ona:- “Cənab Çörçill, ümid edirəm ki, sizinlə 2000-ci ildə yenə də görüşəcəyik.” O isə gülümsəyərək:- “Bunu sənə arzulamazdım. Sən məndən yaşda çox kiçiksən”- söyləyir...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Hamısı