Zığ şossesində baş verən yanğın söndürülüb, 2 fərdi yaşayış evinə qismən zərər dəyib - FOTOLAR | Eurasia Diary - ednews.net

24 İyul, Çərşənbə


Zığ şossesində baş verən yanğın söndürülüb, 2 fərdi yaşayış evinə qismən zərər dəyib - FOTOLAR

Cəmiyyət A- A A+

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 ha ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyətyanı sahələr yanıb, 2 fərdi yaşayış evinə qismən zərər dəyib.

APA-nın FHN-ə istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvəsi (120 nəfər) və texnikası (18 ədəd) cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***

Yanğın yerinə 50 nəfərlik şəxsi heyət və 15 maşın cəlb olunub. Yanğın söndürülüb.

***

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğının baş verdiyi hadisə yerinə gəliblər.

***

Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...