"İlkin versiyaya görə, yanğın quru otdan başlayıb" - Kəmaləddin Heydərov | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


"İlkin versiyaya görə, yanğın quru otdan başlayıb" - Kəmaləddin Heydərov

Cəmiyyət A- A A+

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində baş verən yanğın barədə açıqlama verib.

Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, nazir qeyd edib ki, ilkin versiyaya görə, yanğın quru otdan başlayıb:

“Yanğının baş verdiyi ərazi 6 hektarlıq boş ərazilərdir. Hadisə nəticəsində xəsarət alanlar yoxdur. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını qısa müddətdə söndürüblər. Burada çoxu özəl və baxılmayan ərazilərdir. Yəqin ki, vaxtında bu yeri alıblar, amma heç bir təhlükəsizlik, suvarma və digər başqa işlər görməyiblər. Yay aylarında quru otdan  yanğınlar olur. Əsas məsələ odur ki, yeni ocaqlar yaranmasın. Ona görə də FHN-nin Yanğından Mühafizə, Mülki müdafiə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ən azı 24 saat burada növbə çəkəcəklər ki, yeni bir fəsad yaranmasın”. 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...