Bakı Ali Neft Məktəbi ilk Dayanıqlı İnkişaf Hesabatını ictimaiyyətə təqdim etdi

Cəmiyyət 17:33 20.06.2019

Bakı Ali Neft Məktəbi (BANM) ilk Dayanıqlı İnkişaf Hesabatını ictimaiyyətə təqdim etdi. BANM Azərbaycanda bu hesabatı hazırlamış ilk ali təhsil müəssisəsidir. Hesabatın təqdimetmə mərasimində SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, EY şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf xidmətləri üzrə Azərbaycan və Gürcüstandakı rəhbəri Günel Fərəcova, Azərbaycan Amerika Ticarət Palatası İctimai Birliyinin icraçı direktoru Natəvan Məmmədova və BANM-in professor-müəllim heyəti iştirak ediblər.

Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov bildirdi ki, hazırlanmış Dayanıqlı İnkişaf Hesabatının əsas məqsədi Ali Məktəbin iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətinin nəticələrini şəffaf bir şəkildə ictimaiyyətə açıqlamaqdır. Rektor qeyd etdi ki, hesabatda Dayanıqlı İnkişaf Məqsədlərinin BANM-in strategiyasına inteqrasiya olunması, Ali Məktəbin Dayanıqlı İnkişafa qarşı yanaşması əks olunub və təhsil, tədqiqat, təşkilati və əməliyyat sahələrində BANM-in dayanıqlı inkişafı da yer alıb. Elmar Qasımov vurğuladı ki, Ali Məktəbin dayanıqlı inkişafa olan yanaşması mərkəzləşdirilmiş və məqsədyönlü şəkildə həyata keçirilib və bu prosesdə yalnız BANM-in tələbələri və əməkdaşları deyil, həmçinin Ali Məktəbin partnyorluq və əməkdaşlıq etdiyi qurumların iştirakı da təşviq edilib.

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirdi ki, Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “neft kapitalının insan kapitalına çevrilməsi” strategiyasını artıq yeddi ildir ki, praktiki formada uğurla həyata keçirir. Onun sözlərinə görə, Ali Məktəbin rəhbərliyi və kollektivinin öz üzərində davamlı işləməyinin nəticəsidir ki, beynəlxalq aləmin tələb etdiyi Dayanıqlı İnkişaf Hesabatını ilk hazırlayan və ictimaiyyətə təqdim edən təhsil müəssisəsidir. Süleyman Qasımov keyfiyyətli və məzmunlu hesabata görə əziyyəti keçən hər kəsə təşəkkür etdi.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il oktyabrın 6-sında imzaladığı 1066 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və əsas məqsəd 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etmək, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etmək və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir. O, BANM-in təqdim etdiyi hesabatın Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədlərinə verilmiş bir töhfə olduğunu bildirdi.

EY şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf xidmətləri üzrə Azərbaycan və Gürcüstandakı rəhbəri Günel Fərəcova dayanıqlı inkişaf anlayışına konseptdən daha çox dəyər kimi baxmağın vacibliyini vurğuladı və bildirdi ki, hər şeyin kökündə təhsil dayanır. O, xüsusilə təhsil müəssisələrinin dayanıqlı inkişaf anlayışına dəyər kimi yanaşmağın və bunu gələcəyin mütəxəssislərinə tələbə ikən aşılamağın vacib olduğunu qeyd etdi. Günel Fərəcova Bakı Ali Neft Məktəbinin rəhbərliyini və kollektivini korporativ məsuliyyət anlayışını ciddi qəbul edib Dayanıqlı İnkişaf Hesabatını ictimaiyyətə təqdim elədiyinə görə təbrik etdi və Ali Məktəbin digər təhsil müəssisələrinə nümunə olduğuna görə təşəkkür etdi.

Azərbaycan Amerika Ticarət Palatası İctimai Birliyinin icraçı direktoru Natəvan Məmmədova hesabatın dolğunluğunu və məzmununu yüksək qiymətləndirdi və hesabatı ali təhsil müəssisələri və şirkətlər üçün nümunəvi hesab etdi.

Sonda BANM-in proqram meneceri Nərgiz Tarverdiyeva Ali Məktəbin Dayanıqlı İnkişaf strategiyası haqqında hazırlanmış qısa təqdimatla çıxış edərək hesabatda yer almış təhsil, ekoloji təsir, imkanlar və çıxışlar, məsuliyyətlilik və şəffaflıq, maddi imkanlar, partnyorlar və cəmiyyət, sağlamlıq, rifah və təhlükəsizlik, iş yeri, yenilik və tədqiqat kimi dayanıqlı inkişaf mövzularından bəhs etdi.

Ali Məktəbin Dayanıqlı İnkişaf Hesabatı beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) standartlarına uyğun hazırlanıb. Hesabatdakı məlumatların düzgünlüyünə “EY Azərbaycan” şirkəti tərəfindən müsbət rəy verilib və təsdiq olunub. Bu hesabat Ali Məktəbin korporativ məsuliyyətinin göstəricisi və onun fəaliyyətinin dünya standartlarına uyğun təşkil olunmasının sübutudur. Ali Məktəb bu hesabatı hər iki ildən bir hazırlamağı öz öhdəliyinə götürüb və digər müəssisələri də Dayanıqlı İnkişaf üzrə Hesabat hazırlamağa çağırır.

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı