“Misra “informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni terror təşkilatlarının vəhşiliklərinin beynalxalq ictimaiyyətə çatdırılması” adlı layihənin 2-ci tədbiri iyunun 25-də Bakı şəhərində həyata keçirilib.
Tədbirdə 25-dən çox iştirakçı olub.
Tədbiri giriş sözü ilə ekspert İradə Həsənova açıb. O, gələn iştirakçıları salamlayıb və erməni terror təçkilatlarının vəhşilikləri haqqında məruzə edib.
Sonra “Misra “informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyinin sədri Malik Abbasov da gələn qonaqları salamlayıb və layihə haqqında geniş məlumat verib.
Ekspert Ələkbərova Yeganə erməni terror təşkilatlarının vəhşilikləri haqqında və ermənilərin beynəlxalq aləmə yalan informasiya çatdırmaları barədə çıxış edib.
Tədbir iştirakçısı Yasamal rayon Veteranlar Cəmiyyətinin sədri İlham Əliyev erməni vəhşiliklərindən danışıb. ”Qayğı və Himayə “Xeyriyə Fondunun sədri Gülayə Rzayeva vətən uğrunda canlarını vermiş şəhidlər və veteranlarla bağlı öz təəssüratlarını bölüşüb.
Sonda digər iştirakçılar da erməni vəhşilklərindən və onların beynəlxalq aləmdə yalan informasiya yaymaları ilə bağlı danışıblar.