Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Rusiyadan Azərbaycana deportasiya olunan Fuad Abbasovla görüşüb.
Eurasia Diary xəbər verir ki, bu barədə Ə.Amaşov özü məlumat verb.
O deyib ki, görüşdə gələcək planlar müzakirə edilib:
"Rusiyadan Azərbaycana deportasiya olunan Fuad Abbasovla Mətbuat Şurasında görüşdük. O, başına gələnləri danışdı, agır gunlərində onu tək buraxmayan Azərbaycan dövlətinə və Mətbuat Şurasına öz minnətdarlığını bildirdi. Fuadla gələcək planlarını da birlikdə müzakirə etdik. İnanıram ki, haqq öz yerini tapacaq və tanınmış jurnalist indiyədək edə bilmədiklərini özünün Misra TV internet telekanalında gerçəkləşdirəcək".