Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisində havanın şəraitinin dəyişməsinin səbəbini açıqlayıb.
ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, gözlənildiyi kimi, çox isti hava şəraitindən sonra 29 iyun axşam saatlarından başlayaraq ölkəyə Qara dənizdən hərəkət edən soyuq hava cərəyanlarının daxil olması nəticəsində respublika ərazisində temperatur aşağı enib.
O qeyd edib ki, əksər rayonlarda yağış qeydə alınır, bəzi rayonlarda leysan xarakterlidir. U. Tağıyeva nəzərə çatdırıb ki, Bakıda Qərb küləyinin sürəti 23-28 m/s olub.