Sabah – iyulun 2-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçiriləcək.
Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, iclasda “Ali təhsil haqqında” qanunun layihəsi barədə müzakirə aparılacaq.
Müzakirələrdən sonra qanun layihəsinin tam variantının hazırlanması üçün İşçi qrup yaradılacaq. Yeni sənəd 2019-cu ilin payız sessiyasında parlamentin plenar iclasına təqdim ediləcək.