Maliyyə Nazirliyi Kəlbəcərin icra başçısının bahalı avtomobil almaq üçün tender elanına münasibət bildirib

Cəmiyyət 09:38 02.07.2019

Maliyyə Nazirliyi Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının aparatı üçün "Mercedes Benz S350" model minik avtomibilinin alınması ilə əlaqədar verilən tender elanına münasibət açıqlayıb.

Nazirliyin mətbuat katibi Mais Piriyev “Report”a açıqlaması zamanı bildirib ki, dövlət büdcəsində yerli icra hakimiyyəti orqanlarına hər hansı bahalı, dəbdəbəli nəqliyyat vasitəsinin alınması üçün vəsait nəzərdə tutulmur.

“Konkret olaraq Kəlbəcər Rayon İcra Hakimiyyətinə gəlincə, deyə bilərəm ki, 2019-cu ildə rayonlar üzrə yerli xərclərdə adıçəkilən rayon icra hakimiyyətinə nəqliyyat vasitələrinin alınması üçün 55 min manat vəsait proqnozlaşdırılsa da, bugünkü tarixə hər hansı nəqliyyat vasitəsinin alınması ilə bağlı Maliyyə Nazirliyinə müraciət olunmayıb. Hazırda Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısına buraxılış ili 2008-ci il olan “Toyota Avalon” markalı xidməti avtomobil təhkim olunub. Müvafiq qaydalara əsasən, minik avtomibilinə 10 il ərzində tam amortizasiya hesablandığından həmin avtomobilin istifadə müddəti 2018-ci ildə başa çatıb və cari ildə bu istiqamət üzrə 55 min manat vəsait nəzərdə tutulub. Hər hansı dövlət qurumu tərəfindən alınan nəqliyyat vasitəsinin markası Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmir. Nazirlik sadəcə olaraq müvafiq normalara uyğun olaraq vəsait nəzərdə tutur, büdcə təşkilatı isə dövlət satınalmaları qanunvericiliyinə riayət etməklə alışı həyata keçirməlidir”, - deyə M.Piriyev əlavə edib.

Mətbuat katibi onu da bildirib ki, “Büdcə sistemi haqqında" Qanunun 19.3 madddəsinə əsasən, büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan büdcə öhdəlikləri götürülür və yalnız bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları ödənilir: “Ona görə də Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə bütün satınalmalar illik proqnoz – 55 min manat çərçivəsində aparıla bilər. Qəbul olunmuş öhdəlikdən artıq büdcə təşkilatı mal, iş və xidmətlərlə təchiz oluna bilməz, əks halda bu cür alışlar xəzinədarlıq tərəfindən uçota alınmır və kassa xərci aparılmır”.

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, son illərdə dövlət orqanları, büdcə təşkilatları, dövlət şirkətləri və dövlət tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən xidməti avtomobil kimi, əsasən, ölkəmizdə “Khazar” Avtomobil Zavodu və "Naxçıvan Avtomobil Zavodu" MMC-də müasir texnologiyalara uyğun istehsal olunan müxtəlif markalı avtomobillərə üstünlük verilir. Bu həm yerli istehsala dəstək verməklə daxili bazarın qorunması, həm də dövlət büdcəsinin vəsaitlərinə qənaət olunması baxımından vacibdir.

 

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Hamısı