"Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşlarına, şəxsən səfir Polad Bülbüloğluna təşəkkür edirəm".
Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, bunu jurnalist Fuad Abbasov bu gün təşkil etdiyi mətbuat konfransında deyib.
"Azərbaycanın Rusiyadakı səfirliyi bir vətəndaş olaraq mənə sahib çıxdı", - jurnalist qeyd edib.
F. Abbasov vurğulayıb ki, onun Rusiyaya girişinə 50 illik qadağa qoyulub.
O, Azərbaycanın Ombudsmanı Elmira Süleymanovaya da təşəkkür edib.