Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalı təqdim olunub

Cəmiyyət 16:46 02.07.2019

İyulun 2-də “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təşəbbüsü və BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə nümayəndəliyinin dəstəyi ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məlumatlandırma Portalının təqdimat mərasimi keçirilib.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimində Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, Dövlət Statistika Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Tahir Budaqov, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai və İnkişaf Proqramının (UNDP) ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakassetti çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanına əsasən, Baş Nazirin müavini Əli Əhmədovun sədrliyi ilə Dövlət Statistika Komitəsi də daxil olmaqla aidiyyəti dövlət orqanlarının təmsil olunduğu Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın fəaliyyəti səmərəli təşkil edilib, bu istiqamətdə qarşıda duran vəzifələr konkretləşdirilib, 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər, milli səviyyədə DİM-ə nail olunmasına dair icra və hesabatlıq mexanizmi müəyyənləşdirilib, ölkədə qəbul edilən dövlət proqramları və strategiyalar DİM ilə uzlaşdırılıb. Sözügedən Fərmandan irəli gələn tapşırıqlar ölkəmizdə dayanıqlı inkişaf sahəsində aparılan islahatların başlıca istiqamətləri üzrə təkanverici rol oynayır.

Məlum olduğu kimi, BMT tərəfindən dayanıqlı inkişaf sahəsində müəyyən edilmiş 17 məqsəd və 169 hədəf üzrə irəliləyişin ölçülməsi milli statistika məlumatlarına əlyetərliliyin təmin olunmasını tələb edir. Bu da öz növbəsində DİM üzrə göstəricilər barədə keyfiyyətli statistika məlumatlarının vaxtlı-vaxtında təqdim edilməsi sahəsində milli innovativ təşəbbüslərin irəli sürülməsinə zəmin yaradıb. Bu baxımdan DİM üzrə əldə ediləcək nailiyyətlərin mütəmadi izlənilməsi, məlumatların müasir texnoloji vasitələrlə daha effektiv üsullarla kütləvi şəkildə istifadəçilərə çatdırılması informasiya yayımının müasir tələblər səviyyəsində təşkilinə zəmin yaradır. Bu kontekstdə statistik potensialın gücləndirilməsi əsas vəzifələrdəndir. DİM-ə nail olunması ilə əlaqədar statistik məlumatların, habelə ölkə üzrə hazırlanmış hesabatların geniş istifadəçi kütləsinə açıqlanması milli statistik məlumat bazası və internet portalın yaradılmasını qaçılmaz edib. Portalın funksional imkanları bütün maraqlı tərəflər üçün DİM üzrə milli səviyyədə şəffaf monitorinq və qiymətləndirmənin aparılmasına imkan verəcək. Bununla yanaşı, portal milli statistika sistemindən qlobal statistika sisteminə rəsmi statistika məlumatlarının ötürülməsində virtual körpü rolunu oynayacaq.

Sonra Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yanında Monitorinq və qiymətləndirmə üzrə İşçi qrupun rəhbəri Rasim Səfərov Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının təqdimatını keçirib.

Azərbaycan və ingilis dillərində olan vahid milli onlayn məlumat mənbəyi DİM sahəsində maarifləndirmə, qabaqcıl təcrübələr, həyata keçirilən tədbirlər və baş verən yeniliklər barədə ictimaiyyətin, o cümlədən dövlət qurumları, özəl sektor, elm və təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, regional və beynəlxalq təşkilatların məlumatlandırılması üçün əlverişli informasiya mühiti yaradacaq. Portal vasitəsilə hər bir məqsəd, hədəf və onlara dair göstəricilər barədə ətraflı məlumatlara rahat çıxış imkanı təmin ediləcək. Bu informasiya resursundan istifadə etməklə qlobal məqsəd, hədəf və göstəricilər, DİM üzrə milli prioritetlər, mövcud hüquqi çərçivə, icra mexanizmləri, sosial, iqtisadi və ekoloji sahələrdə həyata keçirilən dövlət proqramları, strategiyalar, mühüm tədbirlər, hesabatlar, nəşrlər və elmi tədqiqat işləri ilə mütəmadi tanış olmaq olduqca əlverişlidir.

Mərasimin sonunda tədbir iştirakçılarını və KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
Hamısı