Bu gün səhər saatlarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında yanğın olub.
UNEC-dən Eurasia Diary-ə verilən məlumata görə, yanğın tədris binasının birinci mərtəbəsində 36 kv metr sahəni əhatə edib. İlkin araşdırmaya görə, yanğın qısaqapanma nəticəsində baş verib.
Yanğın tez bir zamanda söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
***
Bakıda universitetdə yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın paytaxtın Səbail rayonunda yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında baş verib.
Hadisə nəticəsində üçmərtəbəli binanın ikinci mərtəbəsində ümumi sahəsi 127 kv.m olan otaqda rəflər, sənədlər, 15 kv.m sahədə bir ədəd kondisioner və dörd ədəd kompüter yanıb.
Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.