Bakıda ərəb turistlə azərbaycanlı arasında dava baş verib.
Eurasia Diary Bakı.vs-ə istinadən xəbər verir ki, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.
Əraziyə mühafizə polisi cəlb olunub.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, hazırda hadisənin baş vermə səbəbləri və davaya səbəb olan şəxsin kimliyi araşdırılır.
***
Bakıda ərəb turist ilə azərbaycanlının dalaşması ilə bağlı məsələyə rəsmi münasibət bildirilib.
Bakı Baş Polis İdarəsindən Unikal.org-a verilən məlumata görə, hadisə Səbail rayonu ərazisində yerləşən "Park Bulvar" Ticarət Mərkəzində baş verib:
"Belə ki, ticarət mərkəzində ərəblə azərbaycanlı dalaşmayıb. Ərəblər öz aralarında yüksək səslə danışıblar. Bu zaman ətrafda olan sakinlər onları sakitləşdirməyə çalışıblar. Hazırda hadisə ilə bağlı Səbail Rayon Polis idarəsinin 39-cu Polis Bölməsində araşdırma aparılır".