Prezidentin yeni yaratdığı qurum bu işləri görəcək

Cəmiyyət 12:20 05.07.2019

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Fərman imzalayıb.

Fərmana əsasən Observatoriya iki ay ərzində yaradılmalıdır və iki mühüm sahəni əhatə edəcək.

ƏƏSMN-in məşğulluq və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva REAL-ın birbaşa efirində yeni qurumla bağlı daha ətraflı məlumat verib, sualları cavablandırıb.

"Prezidentin fərmanı ilə yaradılan bu qurum həm əhalinin məşğulluğunun inkişafı baxımından, həm də sosial müdafiənini gücləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Bildiyimiz kimki əmək bazarında tələb və təklif mövcuddur. Bu tələb və təklif arasında uyğunluğun təmin edilməsi üçün əsaslə məlumat bazasının formalaşdırılmasına bu gün böyük ehtiyac var. Bu milli Observatoriya bilavasitə əmək bazarının öyrənilməsi, əmək bazarında mövcud vəziyyətin qiymətləndirilməsi, 3, 5 hətta 10 il müddətində olan proqnozların formalaşdırılması və bunun əsasında səmərəli qərarların qəbul olunmasına xidmət edəcək qurumdur", - deyə Rəna Abdullayeva bildirib.

Rəna Abdullayeva qeyd edib ki, Əmək bazarı üçün mükəmməl, əsaslı, dayanıqlı monitorinq və proqnozlaşdırma sisteminin formalaşdırılması bilavasitə məşğulluq bazarında 2019-30-cu illəri əhatə edəcək strategiyada öz əksini tapıb: "Əmək bazarı birbaşa iqtisadiyyatla bağlıdır. Əmək bazarında çevikliyin təmin olunması, işçi qüvvəsinin keyfiyyətinin artırılması və artan, innovativ iqtisadiyyatının formalaşdırılması üçün, işçi qüvvəsinin bu tələbə uyğunlaşdırılması üçün təhlillər və araşdırmalar aparılmalıdır. Əmək bazarının təhlili həm kəmiyyət, həm də keyfiyyət aspektləıri əsasında formalaşdırılacaq. Kəmiyyət odur ki, əmək bazarında həm, qısa, həm də orta və uzun müddətli proqnozlar əsasında ən zəruri olan peşə və ixtisaslar müəyyən olunacaq. Hər bir peşə üzrə müəyyən bacarıqlar müəyyən olunur. Bu bacarıqlar əmək bazarında bu gün tez köhnəlir. Bu bacarıqların təzələnməsi və innovasiyaların tətbiqi ilə bağlı yeni peşələr meydana gəlir. Bu peşələr üzrə zəruri bacarıqların öyrənilməsi üçün bu aspektdən proqnozlar və araşdırmalar aparılacaq. Bu proqnozlar həm iqtisadi sahələr (tikinti, xidmət sahələri, emal və s) üzrə aparılacaq, digər tərəfdən rayonlar üzrə, hər bir rayon üzrə bu proqnozlar formalaşdırılacaq. Regionların inkişaf xüsusiyyətləri, əmək ehtiyatlarının yerləşdirilməsi baxımından nəzərə alınaraq proqnozlar formalaşdırılacaq".

"Bu gün əhalinin sosial müdafiəsinin qiymətləndirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən iki inqilabi paket qəbul olunub. Bu paketlərin reallaşdırılması nəticəsində əhalinin sosial müdafiəsi gücləndirilib. Gələcəkdə də belə qərarların qəbul olunması üçün, sosial proqramlarla əhalinin təmin olunması üçün böyük təhlillərin aparılması nəzərdə tutulub. Həm sosial proqramların tətbiqi, həm əhatə dairəsi, sosial cəhətdən həssas qrupların, evdar qadınların, əlilliyi olan şəxslərin hansı ki, işləyə bilər belə proqranlarla, belə şəxsləri əhatə etməklə, əmək bazarına cəlb etməklə belə proqramların əhatə dairəsi bu proqnozlar nəticəsində müəyyən olunacaq. Maliyyə mexanizmi formalaşdırılacaq. Maliyyə vəsaitlərinin belə proqnozlar əsasında bölüşdürülməsində bu qurumun fəaliyyəti böyük dəstək olacaq. Bu qurum Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin nəzdində olan bütün qurumlarla, dövlət əmək müfəttlişliyi ilə əlaqəli fəaliyyət göstərəcək", - deyə ƏƏSMN-in məşğulluq və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva bildirib.


Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Hamısı