Goranboyda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Eurasia Diary xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hazırəhmədli kəndinə qeydə alınıb. Kənd sakini, 6 yaşlı Əli Əliyev yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Hazırda hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində axtarışlar davam etdirilir.