Azərbaycan əhalisinin 46%-i Avropa Birliyinə müsbət münasibət bəsləyir.
Eurasia Diary xəbər verir ki, bu nəticə AB-nin “AB-nin Şərq qonşuluğu” layihəsi çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində apardığı sorğudan sonra ortaya çıxıb.
Məlumata görə, bu nəticə 2018-ci ildəki göstəricidən 7% çox olub. Sorğuya əsasən, Şərq Tərəfdaşlığı ölkələri arasında AB-yə ən az xoş münasibət bəsləyən ölkə məhz Azərbaycan olub. Azərbaycandan fərqli olaraq Ermənistanda bu göstərici 62%, Belarusda 89%, Gürcüstanda 80%, Moldovada 60%, Ukraynada 56% olub.
Bununla belə, Azərbaycan əhalisinin 28%-i AB-nin maliyyə dəstəyindən xəbərdar olduğunu bildirib. Bununla bərabər, 70% şəxs AB-nin dəstəyinin effektiv olduğunu, 74% isə Azərbaycanla AB arasında münasibətlərin yaxşı olduğunu (2018-ci ildə 65% - red.) deyib.