Goranboy rayonunda yanğın baş verib.
FHN-dən Eurasia Diary-ə verilən məlumata görə, Goranboy rayonunun Qızılhacıllı qəsəbəsində ümumi sahəsi 42 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.