Gəncədə binaların dam örtükləri və fasadları yenilənir. Bu işlər Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir.
Bundan başqa, həm şəhər İcra Hakimiyyəti, həm də bələdiyyələr tərəfindən binaların fasadlarının yenilənməsinə başlanılıb.
Gəncədə bələdiyyələrin vəsaiti hesabına yaşayış məhəllələrində yeni parkların salınması işləri də həyata keçirilir.
Hazırda Gəncə şəhərində liftlərin dəyişdirilməsi prosesinə də start verilib.