Erməni döyüşçülərinə qan uddurmuş cəsur kəşfiyyatçı unudulub FOTO

Cəmiyyət 11:39 08.07.2019

Azərbaycan ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan və şəhid olan igid oğullarımızdan biri də Nurəddin Yolçuyevdir. 

Nurəddin Yolçuyev 1963-cü il iyulun 29-da Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirib, bir il kənd təsərrüfatında çalışıb. Sovet ordusu sıralarında hərbi xidmət keçib. İki illik hərbi xidmətini Almaniyada başa vurub. Əsgərlikdə olduğu müddətdə vaxtaşırı Əfqanıstana da ezam edilib. Əsgərlik müddəti sona çatdığı zaman hərbi hissənin komandanlığı ona ali hərbi məktəbə getməyi təklif edir, ancaq ailəsi razı olmadığina görə Nurəddin doğulduğu kəndə qayıdaraq, kolxozda işini davam etdirir.

1985-ci ildə həm işləmək, həm də təhsil almaq üçün komsomol yollayışı ilə Rusiyanın Arxangelsk vilayətinə gedir. Orada zavodda işə düzəlir, bir neçə ildən sonra, yəni 1990-ci ildə qiyabi olaraq ali məktəbə daxil olur. Xocalı hadisəsindən bir neçə gün sonra, yəni 1992-ci ilin mart ayında Nurəddinin də iştirakı və təşəbbüsü ilə Arxangelskdə yaşayan bir qrup azərbaycanlı və çeçen işlərini və təhsillərini atıb Azərbaycana, birbaşa Ağdama hərbi komissarlığına gəlir, milli orduya götürülməyi tələb edirlər. Ancaq o zaman hərbi komissarlıqda könüllülər qəbul edilmədiyinə görə onlar Milli Qəhrəman “Fred Asif”in başçılıq etdiyi dəstəyə qoşulurlar. Mayın 1-nə qədər bu dəstədə döyüşdükdən sonra Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərlik etdiyi batalyona qoşulurlar. Nurəddin Naxçıvanik, Aranzəmin, Ağbulaq kəndlərinin ermənilərdən təmizlənməsində fəal iştirak edir, igidliyinə görə dəfələrlə mükafatlandırılır, bölük komandirinin müavini vəzifəsinə təyin olunur. Nurəddin 50-dən çox erməni quldurunu və düşmənin bir neçə zirehli texnikasını məhv edib xeyli silah, sursat ələ keçirib. 

Şahidlərin sonralar dediyinə görə, Pircamal uğrunda gedən döyüşlər zamanı ermənilərin bir zirehli döyüş maşınını düşmən qərargahının bir neçə addımlığından qənimət götürüb. 1992-ci ilin yayında keçirilən Sırxavənd-Kiçan əməliyyatı zamanı Nurəddinin xidmət etdiyi alay böyük hünər göstərir. Nurəddin Ağdərə bölgəsinin bütün qaynar nöqtələrində döyüşüb. Çox sücaətlər göstərib, ordumuzun bölmələrini ağır vəziyyətdən dəfələrlə qurtarıb. 1992-ci il iyunun 22-də Qazançı uğrunda gedən döyüşdə o, yenə də ön cərgələrdə olub, bir neçə əsgərimizi düşmənin əsirliyindən xilas edib. Elə həmin il oktyabrın 20-də Ağdamın Əliağalı kəndi istiqamətində postdan növbəti dəfə kəşfiyyata gedən 29 yaşlı Nurəddin minaya düşərək həlak olub. Qəhrəman hərbçi Quzanlı qəbristanlığında dəfn olunub.

27 il keçsə də Nurəddin Yolçuyevin xatirəsi əbədiləşdirilməyib. 

Eurasia Diary-nin Modern.az-a istinadən məlumatına görə, şəhidin qardaşı Qüdrət Yolçuyev Cebhe.info-ya bildirib ki, Ağdamın yerli hakimiyyət orqanlarından Nurəddinlə bağlı ona belə deyilib: 

“Son dövrlərdə ölkə Prezidentinin şəhid ailələrinə göstərdiyi qayğıdan sonra düşündüm ki, şəhidlərimizin adını əbədiləşdirmək lazımdır. Bununla bağlı Ağdam rayonu Quzanlı bələdiyyəsi ilə danışdım və fikrimi onlara da bildirdim. Onlar mənə kəndin mərkəzi yerində qardaşımın adına bulaq qoyula biləcəyini dedilər. Ümumiyyətlə, bütün şəhidlərimiz üçün doğulduqları yerdə bir abidə qoyub, adlarını əbədiləşdirmək lazımdır. Bu, bulaq da, evinin qarşısında barelyef də ola bilər. Həmçinin küçələrə şəhidlərimizin adını vermək mümkündür. Amma bu, bizim edə biləcəyimiz məsələ deyil, dövlət səviyyəsində həll olunmalıdır”. 


Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı