Bakı-Tbilisi qatarında hərəkət bərpa olunub.
Eurasia Diary xəbər verir ki, "oxu.az" saytına bu barədə sərnişinlərdən biri məlumat verib. Bildirilib ki, qəzanın ilkin nəticələri aradan qaldırıldıqdan sonra hərəkətə icazə verilib. Qatar əvvəlkinə nisbətən yavaş sürətlə də olsa, yoluna davam edir. Əraziyə isə xüsusi təyinatlı qatar gəlib və təmir işləri davam edir. Xəbər verən sərnişin yaralı və xəsarət alanlarla bağlı dəqiq məlumatın olmadığını amma qəza yerində bir neçə təcili tibbi yardım maşınının olduğunu da əlavə edib.