“Qafqazinfo”nun məlumatına görə, hadisə günorta saatlarında qeydə alınıb.
Belə ki, 1943-cü il təvəllüdlü İsgəndərov Qasım İlyas oğlu gəlini, 1980-ci il təvəllüdlü Məmmədova Samirə Alim qızını bıçaqlayaraq öldürüb. Qətlin təfərrüatı hələlik tam məlum olmasa da, hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.
Qətli törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.