Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində ötən gün güclü tufan qopub.
Eurasia Diary Modern.az-a istinadən xəbər verir ki, Xankəndi şəhərində güclü külək ağacları qırıb, elektrik xətlərini zədələyib və bəzi binaların damlarını uçurub.
İnsan itkisi olmasa da, əraziyə ciddi ziyan dəyib. Tufan qonşu Şuşa şəhəri və ətraf kəndlərdə də öz təsirini göstərib.