Qafqazın incisi Göyçə gölü məhv olur - BBC həyəcan TƏBİLİ ÇALDI | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Qafqazın incisi Göyçə gölü məhv olur - BBC həyəcan TƏBİLİ ÇALDI

Cəmiyyət A- A A+

Cənub Qafqazın ən böyük gölü sayılan Göyçə məhv olmaq təhlükəsi ilə üzləşib.

Eurasia Diary modern.az-a istinadən xəbər verir ki, buna səbəb gölün səthində dəniz yosunlarının sayının kəskin sürətlə artmasıdır.

Yaşıl və göy rəngli həmin yosunlar xüsusi toksik maddə buraxaraq, suyun tərkibini və keyfiyyəsini dəyişir.

“Sevan (Göyçə) gölü bu gedişlə bataqlığa çevriləcək. Dəniz yosularının sayının artması və suyun səviyyəsinin enməsi burdakı balıqların da kütləvi ölümünə səbəb olacaq”- deyə Böyük Britaniyanın BBC telekanalındakı materialda qeyd olunur.

Ermənistan Zoologiya və Hidroekologiya İnstitutunun direktoru Boris Qabrileyan isə Göyçə gölü ətrafında istirahət məkanlarının, restoranların və yaşayış məntəqələrinin mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasını, çirkab sularının gölə axıdılmasını, həmçinin, gölün suyundan xüsusən yayda suvarma, təsərrüfat işlərində qeyri-rasional istifadə edilməsini əsas təhlükələr siyahısına daxil edib.

Göyçə gölü dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşir. Sahəsi 1200 kvadrat kilometr olan gölün ən dərin yeri 79,7 metrdir.

 

BBC

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...