İyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Gülbəniz İsrafilova informatika fənni üzrə imtahanda 57 bal toplayıb.
Eurasia Diary Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, G.İsrafilova Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib.
Müəllimlərin işə qəbulu üzrə davam edən imtahanlarda bu gün rus dili və informatika müəllimi olmaq istəyən namizədlər iştirak edirlər.
İmtahanlar iyulun 24-dək davam edəcək.