Bakı üç şəhərin vəhdətidir - Rusiya mətbuatında - REPORTAJ | Eurasia Diary - ednews.net

15 Sentyabr,


Bakı üç şəhərin vəhdətidir - Rusiya mətbuatında - REPORTAJ

Cəmiyyət A- A A+

Bakı Qafqaz qonaqpərvərliyi, Şərq koloriti, qədim və fərqli tarix deməkdir. 

Bakıya son bir neçə ildə sayca dördüncü dəfə səfər edən Lenta.ru saytının əməkdaşı Anton Şiryayev Azərbaycan paytaxtı haqqında məqaləsinə məhz bu cümlələrlə başlayır.

Rusiyalı jurnalist Bakını keçmiş SSRİ ərazisində Sankt-Peterburqla yanaşı, ən gözəl şəhər adlandırır. Onun sözlərinə görə, az-çox, bir dövrü təmsil edən Rusiyanın şimal paytaxtından fərqli olaraq, Bakı üç şəhərin vəhdətini təşkil edir:

“Orta əsrin köhnə şəhəri, 1890-1910-cu illərin ilk neft bumu dövründən qalma “Xəzər sahilində Paris” və 2000-ci illərin ikinci neft bumu sayəsində ən yaxşı dünya memarlarının ucaltdığı müasir binalar”.

Müəllif qeyd edir ki, Azərbaycan öz tarixi boyunca bütün dinlərə qarşı tam tolerant olub:

“Rusiyada inqilabdan əvvəl Bakıda məscid, pravoslav kilsəsi və katolik məbədi bir-birinin yanında dayana bilərdi. Əfsus ki, sovet hakimiyyətinin siyasətinə görə bu, qismən itirildi”.

Məqalədə Heydər Əliyev Mərkəzinə də yer ayrılıb:

“Mədəniyyət mərkəzi müasir Bakının rəmzlərindən birinə çevrilib. Nikaha girənlər şəkil çəkdirmək üçün mütləq buraya gəlirlər”.

Müəllif şərabın sevildiyi Gürcüstanla müqayisədə, Azərbaycanda daha çox arağa üstünlük verildiyini bildirib:

“Araq əsl kişi içkisi hesab edilir. Bununla belə, yerli şərabçılıq mədəniyyəti qədim tarixə malikdir.  Regionda eramızdan əvvəl III-IV minillikdə üzümçülüklə məşğul olmağa başlayıblar. Təəssüf ki, Azərbaycan Qorbaçovun antialkoqol kampaniyasından xüsusilə güclü ziyan görüb. 2000-ci illərdə ölkədə şərabçılıq ənənələri dirçəlməyə başladı”.

Jurnalist diqqətə çatdırıb ki, Azərbaycan son illər turizm mərkəzinə çevrilib:

“Bu baxımdam, səhəri avropalılara və amerikalılara göstərmək üçün “Formula-1” yarışları əla üsuldur. Axı Avropa Oyunlarından, Avropa Liqasının finalından və ya digər idman yarışlarından fərqli olaraq, Azərbaycan Qran-Prisində Bakının gözəlliyi kadrda hər saniyə qalır. Və deyəsən, bu, işə yarayıb. Belə ki, 2019-cu ildə keçirilmiş yarışda ötən illərə nisbətən xarici ölkə bayraqlarına daha çox təsadüf edildi”.

 
 
 
 
 
 
 
 
 
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...