İzi qalan xanım…

Cəmiyyət 17:54 10.07.2019

Bu gün şərait o qədər yaxşılaşıb ki, biz ölkənin bu başından o başına avtomobillə bir günə, təyyarə ilə bir-iki saata gedə bilərik. Ağlımıza da gəlmir ki, bu nəqliyyat vasitələrini bizim üçün icad edən, onların hərəkətə gəlməsindən ötrü yanacağı düşünüb ərsəyə gətirən əbədi rəhmət qazanan insanlar olub.

Haqqında söhbət açamaq istədiyim Natella Kazımova da həmin insanlardan biri idi. Onun nə vaxtsa yaratdığı yüksək temperaturda işləyən antioksidantlar müasir aviasiya mühərrikləri üçün ən qiymətli tapıntı olub. Sovet dövründə patentləşdirilən bu tapıntı aviasiyada hələ də tətbiq olunur...

Onun gənc elmi kadrların hazırlanmasında da xidmətləri az olmayıb. Yetişdirdiyi aspirantlar, elmlər namizədləri və elmlər doktorları bu gün də Natella xanımı ehtiramla yad edirlər. Onun elmi ixtiralarından ilhamlanaraq, Azərbaycanda kimya elminin inkişafı sayəsində uğurla çalışırlar...

Natella xanım 1939-cu ildə Bakı şəhərində dünyaya gəlmişdi. Atası Mirsaleh Kazımov Tbilisi Tibb İnstitutunda ali təhsil alan ilk azərbaycanlı baytar həkimlərdən biri olub. Anası Xanımana Kazımova Azərbaycan Tibb Universitetinin ən parlaq məzunlarından olaraq, ölkənin aparıcı farmaseptlərindən biri idi. O, qırx ilə yaxın Neftçilər Xəstəxanasının aptekinə rəhbərlik edib. 
Ailədə üç övladın ən böyüyü olan Natella xanım 1957-ci ildə orta məktəbi qızıl medalla bitirib. Eyni zamanda 2 saylı musiqi məktəbində piano sinfində təhsil alıb. Musiqi məktəbində oxuduğu vaxtlar caz ustası Vaqif Mustafazadə ilə tanış olaraq, onunla bərabər uşaq musiqi məktəblərinin konsertlərində iştirak edib. 
Ömrünün son günlərinə qədər pianoya, musiqiyə böyük marağı vardı. Tez-tez konsertlərə gedər, asudə vaxtlarında evdə piano çalardı. Fəqət, ailədə mövcud olan təbiət elmlərinə maraq onun kimyaçı olmasına səbəb oldu...

Beləliklə Natella xanım 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, elmi fəaliyyətə başlayır. 1969-cu ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edir. 1967-ci ildən 2012-ci ildə dünyasını dəyişənə qədər Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda çalışır, 2005-ci ildə professor elmi adına layiq görülür...

Neft-kimya elminin sözün əsl mənasında vurğunu idi, Natella xanım. Azərbaycanda, Rusiyada və Avropada dərc olunan 150-də çox elmi əsərin, o cümlədən 65 müəlliflik şəhadətnaməsinin və 6 potentin müəllifi olmuşdu. Onun beynəlxalq konfranslarda elmi məruzələri böyük əks-səda yaradır, dünyanın aparıcı mütəxəssislərin diqqətini cəlb edirdi. Elmi araşdırmalarında dəqiqliyi və ciddiliyi sevən Natella xanım, eyni zamanda araşdırdığı elmi məsələlərə xüsusi yaradıcılıqla yanaşırdı. Onların qeyri-adi, standartlardan uzaq həllini tapırdı. Sözün əsl mənasında ziyalı idi. 
Bu qədər elmi ixtiralara imza atan, elm sahəsində misilsiz xidmətləri olan görkəmli alim, həm də olduqca məsuliyyətli və təvazökar insan olub. Həmkarlarının, onunla ünsiyyətdə olan insanların sözlərinə görə çox xeyirxah, alicənab xanım idi, ətrafına sanki nur saçırdı. Onu əhatə edən insanlara böyük rəğbət və ehtiramla yanaşırdı...

Görkəmli alim həm də gözəl ana və həyat yoldaşı olub. Ömür-gün yoldaşı, Dövlət Mükafatı laureatı, uzun müddət Azon zavodunun baş mühəndisi vəzifəsində çalışan, mikroelektronika üzrə tanınmış mütəxəsis Nemət Hüseynovdur. Oğlu Emin Hüseynov Azerbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, bir sıra kitab və elmi məqalələrin müəllifidir. Çalışdığı ali məktəbin beynəlxalq əlaqələrinin inkişafında aparıcı rol oynayan mütəxəssislərdəndir. Qızı Aida Hüseynova isə Bakı Musiqi Akademiyasının professorudur. Hazırda ABŞ-nın İndiana Universitetində dərs deyir, musiqi ilə bağlı beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısıdır...

Deyirlər ki, ömür çox qısadır, onun hər anı yaşandıqca tarixə çevrilir. Və bir gün bütün bunların sonu gəlir, insan dünyasını dəyişir. Lakin hər kəsin bu dünyada izi qalır. Sözləri, əməlləri xatirələrdə daim yaşayır. Axı hər bir insan onu tanıyanların sonuncu nəfəri dünyadan köçəndən sonra ölür...

Bəli, Natella Kazımovanın əziz xatirəsi onu tanıyanların yaddaşında həmişə yaşayacaq və onun həyatı, insani keyfiyyətləri, elmi nailiyyətləri həmkarları, dostları, doğmaları üçün örnək olacaq.
Yaşasaydı bu il 80 yaşı tamam olacaqdı. Qoy, ehtiramla qələmə alınan bu yazıdakı kəlmələrin hər biri rəhmətə çevrilib yubiley ilində onun ruhuna qovuşsun!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Hamısı