Prezident İlham Əliyevin sərəncamı ilə Cümhuriyyət dövrünün araşdırmaçısı, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.
Eurasia Diary xəbər verir ki, bu barədə N.Yaqublu özü məlumat verib.
"31 illik Cümhuriyyət tarixi araşdırmalarıma diqqət göstərildi. Cümhuriyyət haqqında ilk məqaləmi 1988-ci ildə yazmışam. Bu Əhməd Cavadla və onun fəaliyyəti ilə bağlı idi. İkinci kitabımı 1990-cı ildə yazdım - M.Ə.Rəsulzadə ilə bağlı. Bütün bunlar sovet dövründə oldu. Müstəqil Azərbaycan dövründə nəşr edilən kitablarımın sayı 23-ə qədərdir. Bu işlərə müəyyən diqqət göstərilməsi təbii ki, insanda məmnunluq doğurur. Lakin Cümhuriyyətimizə və başda M.Ə.Rəsulzadə olmaqla qurucularımıza daha da çox diqqət artırılmalıdır", - deyə Müsavatçı alim bildirib.