Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı

Cəmiyyət 20:03 11.07.2019

Böyüyəndə görkəmli fizik, yapon əsilli amerikalı Miço Kapoya oxşamaq istəyirdi. Böyüdü, fizik olmasa da riyaziyyatçı oldu. Və bu sahədə elmi araşdırmalar apararaq alimlik dərəcəsinə də yiyələndi. Amma günlərin birində nədənsə köhnə istəyindən vaz keçib, jurnalist fəaliyyətinə başladı. İlk vaxtlar yazıları Türkiyənin “Milliyət”, “Zaman” qəzetlərində çap olundu. Bir qədər sonra Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Türk müştərək TV kanalını ərsəyə gətirdi və bir müddət kanala rəhbərlik etdi. Daha sonra on il Azərbaycan Dövlət Televiziyasının Türkiyədə təmsilçisi oldu. Bununla yanaşı BBC-nin Orta Asya, Qafqaz, Rusiya və habelə Türkiyə üzrə müxbiri kimi də fəaliyyət göstərdi. Bu sahədə o qədər tanındı ki, 2003-cü ildə "Türkiyədə İlin Jurnalisti" adına layiq görüldü…

Onun istedadına bələd olduqca Azərbaycanda işıq üzü görən bir sıra qəzetlər ona köşə yazıları yazmağı təklif etdilər. O da müxtəlif illərdə “Avrasiya”, “Panorama”, “Zerkalo”, “Ayna”, “Şərq” qəzetlərində köşə yazıları ilə oxucularının görüşünə gəldi. Və bir gün ölkə rəhbərinin fərmanı ilə Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsinə təyin edildi. Bir neçə il həmin vəzifədə çalışdı. Sonra Palmali Şirkətlər Qrupunun vitse prezidenti oldu…

Hazırda nə işlə məşğul olduğunu bilməsəm də, onu çox istedadlı bir insan kimi tanıyıram. Ara-sıra Ayna Tv-nin “Aynada” verilişində iştirak etməklə yanaşı, Ayna.AZ saytında müəllif yazıları ilə çıxış edir…

…Atası Neft və Kimya İnstitutunun “Nəzəri mexanika” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Nəbi Yaqubov olub. Ailəlidir, üç övladı var…

Deyir ki,- “Yaradıcı insan patoloji sərhədlərə yaxınlaşma cəsarətini göstərib, ondan reallığa geri dönə bilən insandır. Bunu alim və sənət adamına da, sadə insana və dahiyə də şamil etmək olar. Bəzi psixiatrlar yaxından görmədikləri, tanımadıqları halda eşitdikləri bəzi davranış və hərəkətlərə görə məşhur adamlara diaqnozlar qoymuşlar. Eyni şeyi psixoanalitiklər də edirlər bəzən. Onlar bu “gücü” Ziqmund Freydin “Yaradıcılığın psixoanalizi. Da Vinçi, Mikelancelo, Dostoyevski” adlı kitabından alırlar”…

Qəribə mülahizələri vardır. Hiss olunur ki, mütaliəsi çox güclüdür. İntelekt səviyyəsini yazılarından da hiss etmək olur. O qədər məlumatlıdır ki, elmin bütün sahələrindən söhbət etməyi bacarır. İddia edir ki, sürətli texnologiyaların gəlişi ilə dünya dəyişməlidir. Onu dərk etmək bəlkə də bəziləri üçün çətindir, amma yazıları Avropa, Amerika mətbuatında işıq üzü görən müxtəlif yazılardan heç də geri qalmır. Bir sözlə, bu insan düşüncə miqyasına, ifadə tərzinə görə çox irəlidədir...

Maraqlı insandır, hissləri çox dərindir. Digər tərəfdən də analitik beyinə malikdir. Bunun sayəsində həmsöhbətini tez öyrənir və anlamağa çalışır. Düzgün qərar verməyi bacarır. Qənaətə gəldisə həmin işi mütləq həyata keçirir. Siyasi savadı yetərincədir. Elə ona görə də verdiyi siyasi şərhlər daha dolğun, daha inandırıcı olur…

Uzun illərdir ki, onun televiziyadan çıxışlarını, müəllif yazılarını diqqətlə izləyirəm. Və çox sevinrəm ki, mənsub olduğum xalqın belə savadlı, intelektli ziyalısı vardır. Bəli, sizinlə Türkiyədə yaşayan soydaşımız, İbrahim Yaqubov haqqında söhbət edirdim. Yeniyetmə çağlarında Miço Kapoya oxşamaq istəsə də böyüyüb İbrahim Nəbioğlu oldu...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Avtomobil oğurladı, başqa cinayətləri də üzə çıxdı...
09:00 27.04.2024
Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Hamısı