Polis polkovnikinin oğlunun ölüm səbəbi - İntihar, yoxsa qəza? | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


Polis polkovnikinin oğlunun ölüm səbəbi - İntihar, yoxsa qəza?

Cəmiyyət A- A A+
Polis polkovniki Əliaslan Ağayevin oğlu Orxan Ağayevin faciəvi ölümünün təfərrüatı məlum olub.

Eurasia Diary xəbər verir ki, ailəyə yaxın şəxslərin Bakupost.az-a verdiyi məlumata görə, 28 yaşlı O. Ağayevin ölümü intihar yox, qəza olub. Bildirilir ki, gənc oğlanın anası ondan evin pəncərəsinə bağlı paltar asmaq üçün ipi düzəltməyini istəyib. Orxan pəncərədə paltarasılanın ipini düzəldərkən ehtiyatsızlıqdan yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib.

Ailənin yaxınları onu da qeyd edir ki, Orxan Ağayev dindar olub və namaz qılırmış. O, həmçinin, Dövlət Yol Polisindəki işini də davam etdirirmiş.

Onu da bildirək ki, faciəvi hadisə baş verən zaman evdə Orxanla bərabər anası da olub və hadisə qadının yanında baş verib.

Qeyd edək ki, O. Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi Əliaslan Ağayevin oğludur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...