Batumidən geri dönən təyyarə təkrar yola salındı - YENİLƏNİB | Eurasia Diary - ednews.net

16 İyul, Çərşənbə axşamı


Batumidən geri dönən təyyarə təkrar yola salındı - YENİLƏNİB

Cəmiyyət A- A A+

Bakıdan Batumiyə getməli olan və Bakı vaxtı ilə saat 10:12-də Heydər Əliyev Aeroportuna geri dönən təyyarə, nəhayət, Batumiyə yola salınıb.

Bu barədə “Buta Airways” məlumat yayıb.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 14:38-də Bakıdan Batumiyə yola düşüb.

***

Batumi Hava Limanında (BUS) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

Eurasia Diary APA-ya istinadən verdiyi məlumata görə, reys Bakı vaxtı ilə saat 10:12-də Heydər Əliyev Aeroportunda (GYD) uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...