Parlament müdafiə xərclərinin artırılmasına səs verdi-üçüncü oxunuşda | Eurasia Diary - ednews.net

21 İyul,


Parlament müdafiə xərclərinin artırılmasına səs verdi-üçüncü oxunuşda

Cəmiyyət A- A A+

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası davam edir. İclasda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişik barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə layihə barədə məlumat verdi. Bildirdi ki, üçüncü oxunuşda layihəyə hər hansı əlavə və dəyişikliklər təklif edilməyib. Ona görə də komitə sədri layihəyə səs verməyə çağırdı.

Son dəyişikliyə görə, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərcləri 3.037.618.152 manatdan 3.187.618.152 manata qaldırılır. Eyni zamanda, 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 27 155 796,1 min manatdan 27 370 796,1 min manata qaldırılır. 

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edildi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...