Polisin güllələdiyi Goranboy sakini öldü - YENİLƏNİB | Eurasia Diary - ednews.net

16 İyul, Çərşənbə axşamı


Polisin güllələdiyi Goranboy sakini öldü - YENİLƏNİB

Cəmiyyət A- A A+

 

Goranboyda baş vermiş insident zamanı xəsarət alan şəxs dünyasını dəyişib.

APA-nın nın Mingəçevir bürosu xəbər verir ki, güllə yarası ilə Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən Təbriz Əmrahov orada keçinib.

Hazırda digər faktlar üzrə istintaq araşdırmaları aparılır.

 

10.17

Goranboyda baş verən silahlı insidentlə bağlı saytımıza yeni məlumat daxil olub.

Bildirilir ki, ötən gecə rayonun Goran qəsəbəsində heç də iki polis əməkdaşı güllələnməyib. Əksinə Kəlbəcər rayon sakini olan polis leytenantı Vüsal Kərimov mübahisə zamanı xidməti silahdan atəş açaraq Goranboy rayon Qaramusalı kənd sakini Təbriz Əmrahovu başından güllələyib. Təbriz Əmrahovun qardaşı Pərviz Əmrahov qardaşının gülləndiyini görərək polis leytenantının tapançasını əlindən alıb və silahın küpü ilə onun başına zərbələr vurub. Mübahisəyə qarışan digər mühafizə əməkdaşının isə döyüldüyü xəbər verilir.  Vüsal Kərimovun mübahisəyə girişdiyi zaman içkili olduğu da deyilir.

Polisin güllələdiyi mülki şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda o Gəncədəki xəstəxanaların birinə yerləşdirilib. Onun komada olduğu bildirilir. Təbriz Əmrahovun hərbi xidmətdən yenicə qayıtdığı da gələn xəbərlər arasındadır. Verilən məlumata görə, güllələnən şəxs Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevin yaxın qohumudur.

 

07.05

Goranboyda baş verən silahlı insident nəticəsində üç nəfər xəsarət alıb.

Eurasia Diary xəbər verir ki, APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində olub. Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar. Hadisənin Vüsal Kərimovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verdiyi bildirilir.

Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır. Yaralılar Goranboy rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.

 

00.25

Goranboyda iki polis əməkdaşı güllələnib.

BakuPost-un əldə etdiyi məlumata görə, hadisə rayonun girişində baş verib. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı yaxın zamanlarda məlumat yayılacaq.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...