Sürücülərin nəzərinə: Bu zolağa girməyin - 40 manat cərimə... | Eurasia Diary - ednews.net

6 Dekabr, Cümə


Sürücülərin nəzərinə: Bu zolağa girməyin - 40 manat cərimə...

Cəmiyyət A- A A+

İyulun 20-28-də Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən olunan marşrut üzrə əsas yol şəbəkəsində "sarı zolağ"ın çəkilişi işləri davam etdirilir.

Eurasia Diary milli.az-a istinadən xəbər verir ki, hazırda Qara Qarayev prospektində xətlənmə işləri aparılır. Sürücülərdən sözügedən küçədə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Sadalanan işlərin iyulun 18-dək tam yekunlaşdırılması nəzərdə tutulub. Sarı zolağa icazəsiz daxil olan sürücüləri 40 manat cərimə gözləyir. Cərimə protokollarının hansı tarixdən etibarən yazılacağı yol polisi tərəfindən ictmaiyyətə açıqlanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...