“Mənim barəmdə deyirdilər ki, “Mixaylo şəhərdədir!” - HEYDƏR ƏLİYEV | Eurasia Diary - ednews.net

6 Dekabr, Cümə


“Mənim barəmdə deyirdilər ki, “Mixaylo şəhərdədir!” - HEYDƏR ƏLİYEV

Cəmiyyət A- A A+

Bu gün görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 ili tamam olur.

Eurasia Diary Heydər Əliyevin milli mətbuatın yaradılmasının 125 illiyi münasibətilə jurnalistlərlə keçirdiyi görüşdəki çıxışından (22 iyul 2000-ci il) maraqlı hissəni təqdim edir:

Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələrkən fəaliyyətinin ilk dövründəki əhvalatlardan bəhs edib:

- "Mixaylo şəhərdədir". Mənim barəmdə bu söz 1969-cu ildə icad olunubdur. O vaxt mən birinci katib təyin edildim. Məni heç kəs tanımırdı. Çünki ondan əvvəl KQB-nin sədri idim, şəhərdə məni tanımırdılar. Mən 2-3 ay şəhərdə müxtəlif yerlərə-məsələn, mağazalara gedirdim, taksiyə, tramvaya minirdim ki, görüm, insanları aldadırlar yoxsa, yox? Ona görə də bundan sonra həmin söz yayıldı...
Mən nəyi gördüm? Mağaza müdirləri, taksi sürücüləri mənim portretlərimi ordan-burdan tapıb bir-birinə satmışdılar, vermişdilər ki, mağazaya gələn olanda bu portretə baxıb görsün ki, bu, Əliyevdir, yoxsa-yox? Məsələn, mən bir dəfə gedib ət növbəsinə durdum. Nəyə görə? Çünki o vaxt 3 növ ət var idi. Bu mənim yaxşı yadımdadır. Bunlardan biri 3 manat 20 qəpik, digəri 3 manat 50 qəpik, o biri isə deyəsən, 3 manat 80 qəpik idi. Qəssab nə edirdi? O üçüncü növ əti birinci növ əvəzinə satırdı, yaxud 3 kq ət verəndə adamları yarım kq aldadırdı. 

Mən 2-3 dəfə gedib növbəyə durdum. Məni də aldadanda onu tutdum, milisi və başqalarını çağırdım. Mən özüm şəxsən bir neçə dəfə belə etdim,-insanlar bilsinlər ki, axı belə iş görmək olmaz. 3-4 ay sonra bunu edə bilmədim, çünki məni artıq tanıdılar. Bax bu "Mixaylo" sözü də oradan yaranıbdır...

1969-cu ildə Azərbaycanın rəhbəri kimi mən fəaliyyətimə Azərbaycanda olan bütün mənfi halların tənqid edilməsi ilə başladım. Mən bu barədə böyük məruzələr etdim. İndi arxivlərdən götürüb baxmaq olar ki, 1969-cu, 1970-ci illərdə bütün dünya mətbuatında Azərbaycanda gedən proseslər haqqında məlumatlar verirdilər. Çünki Sovet Ittifaqında belə şey- rüşvətxorluğa qarşı bu cür mübarizə aparmaq mümkün deyildi. Amma biz vəzifəsindən sui-istifadə etdiyinə, rüşvət aldığına görə və başqa əməllərinə görə naziri, raykom katibini və başqalarını işdən çıxarırdıq və s." (modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...