Goranboy sakini tövlədə ölü tapılıb | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


Goranboy sakini tövlədə ölü tapılıb

Cəmiyyət A- A A+

Goranboy sakininin meyiti tövlədə aşkarlanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy şəhəri Qasım İsmayılov küçəsindəki fərdi təsərrüfatlardan birində qeydə alınıb.

Belə ki, doğmaları 1963-cü il təvəllüdlü Məmmədov Ələddin Yusif oğlunu axtararkən onu tövlədə huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılan həkim briqadası isə onun öldüyünü müəyyən edib. Qəfil ölümün səbəbi məlum olmasa da, Ə.Məmmədovun ürək tutmasından öldüyü güman edilir. 

Ailəsi isə mərhumun meyitinin məhkəmə tibb ekspertizasına götürülməsinə razılıq verməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...