Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Şəki MRX Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok)-vəziyyəti ağırdır, Elxan Məmmədovun (onurğanın qapalı travması) -vəziyyəti orta-ağır hesab olunur.
Klinik Tibbi Mərkəzdə olan İlkin Məmmədov un(ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil, həyati təhlükələri yoxdur.
Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 4 nəfərin vəziyyəti ağırdır.