"Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 8 sualda səhv olub" - Nazir müavinindən ETİRAF | Eurasia Diary - ednews.net

26 Avqust, Bazar ertəsi


"Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 8 sualda səhv olub" - Nazir müavinindən ETİRAF

Cəmiyyət A- A A+
"Bu günə qədər müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test mərhələsində 2280 sual imtahan iştirakçılarının ixtiyarına verilib. Bunlar arasında, sadəcə, 8 sualda səhv olub".
 
Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
 
Onun sözlərinə görə, həmin suallardan 6-sı dərhal cavablandırılıb və nəticə imtahan iştirakçısının xeyrinə həll olunub: "Yerdə qalan iki sualın cavabında həqiqətən yanlışlıq olduğu məlum olub. Bu da yenə iştirakçıların xeyrinə həll olunub. Ümumilikdə, hər imtahanda suallar yenilənir və hər bir müəllim öz sessiyasında yeni suallara cavab verir. Mütəxəssislər tərəfindən hazırlanan sualların cavablarının doğruluğu şübhə altına alına bilməz. Yekun cavabların hesablanmasında namizədlərin müəyyən tərəddüdləri olsa, gələcəkdə apelyasiya məsəlinə baxa bilərik".
 
Nazir müavini bildirib ki, müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test mərhələsində kompüterdən istifadə üçün tam şərait yaradılıb: "Texniki avadanlığın bütün parametrləri ölçülüb. Lakin müəyyən istisnalar olduqda, yəni imtahan prosesində kompüter donduqda və ya hər hansı nasazlıq yarandıqda namizəd zaldakı nəzarətçilərə müraciət etməlidir. Belə hal aşkar olunarsa, mütləq şəkildə nasazlığın aradan qaldırılması üçün ona ayrılan vaxt dayandırılır və sualların cavablandırılması üçün əlavə vaxt verilir".
 
Qeyd edək ki, iyulun 8-dən etibarən start verilən müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək.(Report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...