Azərbaycanla Qazaxıstanın “beyin” mərkəzləri anlaşdı - FOTOLAR | Eurasia Diary - ednews.net

26 Avqust, Bazar ertəsi


Azərbaycanla Qazaxıstanın “beyin” mərkəzləri anlaşdı - FOTOLAR

Cəmiyyət A- A A+

Azərbaycanın “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə Qazaxıstanın “Eurasia News” agentliyinin rəhbəri Nurqali Jusipbay arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Eurasia Diary xəbər verir ki, əməkdaşlıq memorandumu çərçivəsində ölkə arasında informasiya mübadiləsi həyata keçiriləcək, qarşılıqlı maraq doğuran xəbərlərin daha böyük auditoriyaya çatdırılmasına çalışılacaq.

Bundan əlavə, xəbərlərdə və şərhlərdə iki ölkənin milli və təhlükəsizlik maraqlarına, o cümlədən ərazi bütövlüyünə xüsusi diqqət yetiriləcək, bu səpgili yazılara və şərhlərə önəm veriləcək.

Həmçinin, iki ölkə arasındakı siyasi, iqtisadi əlaqələrin gücləndirilməsi və ortaq layihələrin reallaşdırılması istiqamətləri araşdırılacaq və bu yöndə hesabatlar hazırlanacaq.

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...