Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Elit” Ticarət Mərkəzində yanğının baş verməsi ilə bağlı xəbər yayılıb.
FHN-dən "Modern.az"a verilən məlumata görə, "Elit" Ticarət Mərkəzində yanğının olması ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir.
"Saat 17:10 radələrində FHN-in müşahidə kameraları tərəfindən "Binə" Ticarət Mərkəzindən xeyli uzaqlıqda, dağın yamacında boş sahədə məişət tullantıların və işlənmiş avtomobil təkərlərinin yandığı müşahidə edilib. Saat 17:50 radələrində yanğın tərəfimizdən söndürülüb" - deyə, FHN-dən bildirilib.
***
18.38
Bakıda ticarət və əyləncə mərkəzində yanğın başlayıb.
Hadisə Qaradağ rayonu, Mirzə Ələkbər Sabir küçəsində yerləşən “Elit” ticarət və əyləncə mərkəzində qeydə alınıb.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.
Yanğının qarşısının alınması üçün tədbirlər görülür. (moderator.az)