Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alanlardan biri vəfat edib.
Eurasia Diary xəbər verir ki, bu barədə "Azərtac"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında tibbi yardım göstərilən Xatirə Ağamalıyevanın həyatını həkimlərin səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, iyulun 14-də Şəki Xan Sarayının qarşısındakı 500 yaşlı çinarın budaqları qırılaraq turistlərin və yerli əhalinin üzərinə düşüb. Nəticədə 19 nəfər xəsarət alıb. Xəsarət alan 4 xarici vətəndaş helikopterlə Bakıdakı xəstəxanalardan birinə gəririlib.
Mövzuya dair xəbər: Xatirədən qalan xatirə... - FOTOLAR