Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və BMT-nin Əhali Fondu tərəfindən Gəncə şəhərində 11 iyul - Ümumdünya Əhali gününə həsr edilmiş birgə regional konfrans keçirilib.
Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, Ombudsman Elmira Süleymanova bildirib ki, Ümumdünya Əhali Günü ilk dəfə olaraq 1990-cı ildə qeyd edilib.
Onun sözlərinə görə, bu günün təsis edilməsinin əsas məqsədi dünya əhalisinin bərabərlik, sağlamlıq, yoxsulluq, insan hüquqları və digər əhəmiyyətli məsələlər üzrə məlumatlılıq səviyyəsinin artırılması ilə bağlıdır.
Konfransda Gəncə şəhəri ilə yanaşı, ətraf rayonların icra hakimiyyəti orqanlarının, təhsil və səhiyyə şöbələrinin rəhbərliyi, icmaların nümayəndələri, geniş ictimaiyyət, fəal qadınlar, sahibkarlar və gənclər iştirak edib.
Tədbir çıxışlarla başa çatıb.