Respublikanın ən güclü ibtidai sinif müəllimləri “Cəmi 3 sualda səhv etdim, amma...”

Cəmiyyət 13:29 16.07.2019

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin növbəti test imtahan  mərhələsi keçirilib.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin növbəti günündə ibtidai sinif müəllimi olmaq istəyənlər imtahanda iştirak ediblər.

Eurasia Diary xəbər verir ki, imtahanda iştirak edən müəllim namizədlərindən 4 nəfər ən yüksək nəticəni göstərib. Onlar təəssüratlarını AzEdu.az ilə bölüşüblər.

Türkan Nəsirova  ADPU  İbtidai təhsil fakültəsini 2016-cı ildə bitirib. O, MİQ üzrə müsabiqədə 54 bal toplayıb.

Müsahibimiz  müsabiqədə ilk dəfə iştirak etmir. O, 2017-ci ildə MİQ-də 54 bal toplayıb və Zəngilan rayon 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət başlayıb. Hazırda da həmin məktəbdə çalışır:

“MİQ üzrə müsabiqədə ikinci dəfə iştirak etməkdə məqsədim balımı yüksəltmək və  başqa məktəbdə fəaliyyətə başlamaq idi.

İmtahana getməzdən əvvəl bir az qorxurdum. Buna səbəb sosial şəbəkələrdə namizədlərin kompüterlərin donması ilə bağlı fikirlər yazması idi. Məndə belə bir problem yaşanmadı. Buna görə çox sevindim”.

O, qeyd edib ki, verilən test nümunələri çox rahat idi və yalnız 6 sualı səhv cavablandırıb:

“Düşünürəm ki, özümü inkişaf etdirməli və bu səhvlərimi  aradan qaldırmalıyam. Ümid edirəm ki, daha yüksək nəticə əldə edərəm.

Müəllim fəaliyyətimdən narazı deyiləm. Şagirdlərim də istədiyim nəticəni göstərir. Amma bu o demək deyil ki, özümü inkişaf etdirməməliyəm”.

Elgün Şahbazov Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini 2014-cü ildə bitirib. O, MİQ üzrə müsabiqədə  57 bal toplayıb:

Hazırda Cəlilabad rayon Ləzran kənd tam orta məktəbində ibtidai sinif müəllimi çalışır:

“İkinci dəfədir ki, MİQ-də iştirak edirəm. İlk dəfə 2017-ci ildə iştirak etmişəm və 47 bal toplamışam. İmtahan nəticəmə uyğun olaraq, Cəlilabad rayon Ləzəran kənd tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışam.

İki dəfə MİQ müsabiqəsində iştirak etməkdə əsas məqsədim yerdəyişmə ilə bağlı idi. Çünki indi çalışdığım məktəb yaşadığım yerdən 45 kilometr məsafədə yerləşir. Bu da gedib-gəlməkdə problemlər yaradır. Ona görə də imtahana yenidən hazırlaşmaq qərarına gəldim. Nəticəm də ürəkaçan oldu”.

O, qeyd edib ki, suallar qənaətbəxş idi, amma çox asan deyildi:

“Sadəcə, diqqət tələb edən suallar idi. Kiçik bir yanlışlıq səhv etməyə gətirib çıxarırdı. 3 sualda yanlışlığa yol verdim.

Vakant yerlər çıxdıqdan sonra məktəb seçimi etməyi düşünürəm.

Hər bir müəllim kimi mən də cəmiyyətimizə xeyirli, savadlı gənclər yetişdirməyi planlaşdırıram. Çünki şagirdlərin bünövrəsi ibtidai sinifdən başlayır. İbtidai sinifdə potensialı güclü olan şagird yuxarı siniflərdə uğurlu nəticələr əldə edə bilər.

Öz işini sevən insan üçün onun kişi və qadın olmasının heç bir fərqi yoxdu. Əsas olan odur ki, insan peşəsini sevsin və ona hörmətlə yanaşsın. Burada qadın və kişi olmağın heç bir fərqi yoxdu”.

Qeyd edək ki, iyulun 8-dən etibarən,  müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycanın vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Məlumata əsasən, dövlət ümumi təhsil müəssisələrində 10 il təcrübəsi olan 3 ildən az müddətə işdən uzaqlaşmış şəxslər müsabiqənin test imtahanı mərhələsindən azaddırlar.

Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 10 məntiq, 10 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur.

***

İyulun 16-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlərin imtahanları davam edir.

Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanlarda 3 280 namizədin iştirakı gözlənilir.

Qeyd edək ki, ötən gün keçirilən ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 879 namizəd iştirak edib. Namizədlərdən Sevinc İsmayılova, Aytac Binnətli, Sahibə Rəhimova və Elgün Şahbazov 57 bal toplayaraq ən yüksək nəticə göstərib.

İmtahanda iştirak edən 1 216 namizəd 36 bal, 246 nəfər isə 48 baldan yüksək nəticə əldə ediblər.

İmtahanlar iyulun 24-dək davam edəcək.
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO

Xəbər xətti

Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Hamısı