Şəki Xan Sarayını ziyarət edənlərlə bağlı statistika açıqlanıb.
Eurasia Diary xəbər verir ki, Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, iyun ayında Şəki Xan Sarayında 24021 ziyarətçi olub.
Rəsmi məlumata görə, onlardan 8800 - xarici ölkələrin vətəndaşları, 15 221 nəfəri isə Azərbaycan vətəndaşlarıdır.
Qeyd edək ki, iyulun 7-də Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.