Azərbaycanda deputatın oğlu qaz oğurluğunda ittiham olunur | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Azərbaycanda deputatın oğlu qaz oğurluğunda ittiham olunur

Cəmiyyət A- A A+

Azəriqaz” İstehsalat Birliyi məşhur deputat Madər Musayevin oğlu Famil Musayevə qarşı 10 min manatlıq iddia qaldırıb.

Deputat oğlu obyektində qazdan qanunsuz istifadə etməkdə ittiham edilir.

“Azəriqaz” Famil Musayevə qazdan qanunsuz istifadəyə görə 10 min manat borc hesablayıb. Bu barədə akt da tərtib olunub. Amma borc ödənilməyib. Ona görə də “Azəriqaz” dəymiş ziyanın ödənilməsi tələbilə məhkəmədə iddia qaldırıb. İddia tələbi də belədir ki, 10 min manat Famil Musayevdən tutularaq, “Azəriqaz”a ödənilsin. Həmçinin məhkəmə iddiası üçün ödənilən 30 manat rüsum da ondan tələb olunur”, – deyə mənbə bildirib.

72 yaşlı Madər Musayev beşinci dəfədir eyni dairədən (10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi) deputatdır. (bizimyol.info)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...