Bu saatlarda ilin ikinci Ay tutulması (qismən) başlayıb.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, proses saat 01:31-də maksimum həddə olacaq.
Təbiət hadisəsi saat 02:59-da başa çatacaq.
Ay tutulması Azərbaycanda da müşahidə olunub.
Eyni zamanda bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olub.
Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib.