Şamaxıda qədim məscid aşkarlandı FOTOLAR

Cəmiyyət 12:34 17.07.2019

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və Epiqrafika şöbəsinin müdiri, arxeoloq Akif Quliyevin rəhbəri olduğu Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tərəfindən Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı qədim məscidin qalıqları aşkar edilib.

İnstitutun Mətbuat xidmətindən verilən məlumata görə, aparılan tədqiqatlarda müşahidəçi və bələdçi qismində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Yasin Nuriyev də iştirak edib.

Aşkar edilmiş məscidin divarları, günbəzinin və mehrabının hissələri günümüzə qədər gəlib çıxıb. Məscid qaya və çay daşlarından inşa edilib. Tikilinin üzəri sıx kollarla örtüldüyündən abidə uzun müddət nəzarətdən uzaq qalıb. Tarixən abidə yerli sakinlər tərəfindən müqəddəs ziyarətgah kimi  qəbul edilib.

“Yerli sakinlərin yaşatdığı rəvayətə görə, bu qəbiristanlıqda Məhəmməd Peyğəmbərin yaxın silahdaşı Şeyx Təmim əl-Dari dəfn edilib. O, Məhəmməd Peyğəmbərin zamanında Şirvana gələrək islam dinini yayıb və öldükdən sonra burada, məscidin yanında dəfn edilib. Sonralar şeyxin qəbirinin ətrafında yerli sakinlər öz yaxınlarını dəfn edərək buranı qəbiristanlığa çeviriblər. Lakin bu rəvayət yerli əhali arasında mövcuddur”, - deyə A. Quliyev bildirib.

Akif Quliyev adı çəkilən tarixi şəxsiyyət barədə yazılı mənbələrdən topladığı məlumatları bölüşüb: “Yazılı mənbələrə görə, Fələstinin Ləkhm tayfasının Bəni əl-Dar qəbiləsindən olan Təmim əl-Dari xristian rahibi olub. O, 628-ci ildə Məhəmməd Peyğəmbərlə görüşdükdən sonra islam dinini qəbul edib və Mədinədə məskunlaşıb. Peyğəmbərin yaxın köməkçisi olaraq, o, islam dininin yayılmasında da böyük rol oynayıb. Peyğəmbərin vəfatından sonra, Raşidi xəlifələri (632-661-ci illər) dövründə Təmim əl-Dari Fələstində El-Xəlil (müasir Hevron), Beyt Eynun və ətraf ərazilərin hakimi təyin edilib. Şeyx 661-ci ildə Bayt-Cibrin (müasir Hevron yaxınlığında) vəfat edib və burada dəfn edilib. Onun tək günbəzli məqbərəsi günümüzə qədər orada mühafizə olunur”.

Ekspedisiya rəhbərinin bildirdiyinə görə, mənbələrdə Şeyx Təmim əl-Darinin qədim Şirvanda olması haqqında məlumata rast gəlinmir. Şeyxin yaşadığı dövrdə islam emissarlarının Şirvanda fəaliyyət göstərməsi və ucqar Qəleybuğurd kəndi ərazisində islam dinini yayması inandırıcı səslənmir.

“Bəs, Qəleybuğurd qəbirsanlığında dəfn edilmiş, şamaxılılar arasında Şeyx Təmim əl-Dari kimi tanınan və qəbiri ziyarət olunan bu müqəddəs şəxsiyyət kimdir? Bizim ehtimalımıza görə, Qəleybuğurd qəbiristanlığında dəfn edilmiş övliya, Peyğəmbərin silahdaşı Təmim əl-Darinin adaşıdır. Ərazidə aparılacaq geniş arxeoloji tədqiqatlar məscid kompleksinin dövrünün təyin edilməsi və məzarın kimə məxsus olması məsələsinə aydınlıq gətirəcək”, - deyə A.Quliyev bildirmişdir.

Qeyd edək ki, arxeoloji ekspedisiya tərəfindən ərazidə tarixçiləri və epiqrafistləri maraqlandıra biləcək, üzərində bədii ərəb xətt növlərilə yazılmış Qurandan mətnlər və stilistik təsvirlər olan klassik və son orta əsrlərin müxtəlif mərhələlərinə aid müsəlman qəbir abidələri də qeyd edilib.





Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Hamısı