Naxçıvana uçan təyyarə TƏCİLİ ENİŞ ETDİ | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Naxçıvana uçan təyyarə TƏCİLİ ENİŞ ETDİ

Cəmiyyət A- A A+

Bakı-Naxçıvan təyyarəsi havaya qalxarkən problem yaranıb.

Eurasia Diary xəbər verir ki, 267 nömrəli reyslə uçan təyyarə havaya qalxarkən quş sürüsü ilə toqquşub.

Hadisə nəticəsində təyyarə təcili eniş etməyə məcbur olub. 

Məsələ ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə əlaqə saxladıq.

Qurumun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirdi ki, bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub.

"Bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib", - deyə Paşa Kəsəmənski bildirib.

Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur. (Baku.ws)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...