"Meyvəli" bazarında kütləvi zəhərlənmə olub | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


"Meyvəli" bazarında kütləvi zəhərlənmə olub

Cəmiyyət A- A A+

“Sədərək” Ticarət Mərkəzində “Meyvəli” bazarında kütləvi zəhərlənmə olub.

Təcili yardıma ilk çağırış saat 10:14 daxil olub. Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) aparıblar. Saat 10:52-də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası o 3 nəfəri də KTM-in yoluxucu xəstəliklər şöbəsinə gətirilib.

Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.

Kliniki Tibbi Mərkəzdən "Azərtac"a verilən məlumata görə, xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılanlara lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...